Futbolun yaradıcıları hamıdan öndə
22.05.2014 - 09:12
17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsi Maltada keçirilən yarışın qalibi adını İngiltərə yığması qazanıb.
Futbolun yaradıcıları həlledici qarşılaşmada Hollandiya ilə üz-üzə gəliblər. 1:1 hesabı ilə başa çatan oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. 4:1 hesabı ilə qalib gələn ingilislər 2010-cu ildə də qazandığı titulu 2-ci dəfə əldə edib.
Qeyd edək ki, Maltadakı yarışda Azərbaycan da təmsil olunmuşdu. FİFA referisi Əliyar Ağayev 2 görüşdə baş, 1 oyunda 4-cü hakim kimi iştirak etmişdi.
0
0