Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli komandamıza 15 oyunçu dəvət edilib.
İspaniyalı baş məşqçi Tino Perezin yetirmələri Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə yanvarın 11-dən 19-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək.
Toplanışa bu futzalçılar dəvət edilib: Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Arauxo, Eduardo Mello Borqes, Xətai Bağırov, İsa Atayev.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi