George Çixradze: Avroliqa üçün mübarizə aparırıqsa...
10.02.2015 - 20:05
George Çixradze: Avroliqa üçün mübarizə aparırıqsa...

“Biz çox vacib 3 xal qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər "Simurq"un baş məşqçisi George Çixradzeyə məxsusdu.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasında XXI turu çərçivəsində doğma azarkeşləri önündə “Qəbələ”yə qalib gəlmələrindən (2:0) danışıb: “Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”. (pfl)