George Çixradze: Əgər qol vəziyyətin varsa...
07.12.2014 - 18:30
George Çixradze: Əgər qol vəziyyətin varsa...

“Oyun hərəkətli keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gənc mütəxəssis Topaz Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə uduzmalarından danışıb: “Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdı. Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.(pfl)