[b]"Onun gedişi böyük itki olacaq" - George Floresku[/b]
08.01.2016 - 17:02
[b]"Onun gedişi böyük itki olacaq" - George Floresku[/b]

“Astra”nın heyətində dəyərli futbolçular çıxış edir. Komandanın güclü baş məşqçisi var. Marius Şumuditsa komandanı mobilləşdirməyin yollarını bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə yolları ayrılan rumıniyalı futbolçu George Floresku deyib.

 

“Qırmızı-qaralar”a lazım olmayan 32 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır. Təcrübəli futbolçunun sabiq komandası “Astra”ya qayıtmaq ehtimalı daha yüksəkdi.

 

Ölkəsinin mətbuatına açıqlama verən Floresku məhz “Astra”dan aldığı təkliflə bağlı danışıb: “Danışıqlar davam edir. “Astra”da oynamışam, klub mənə tanışdı. Buna görə də, orda futbolçulara olan tələbdən xəbərim var”.

 

Floresku “Astra”dan ayrılmaq üzrə olan Konstantin Budeskunun gedişinin komandanın ziyanına işləyəcəyini qeyd edib: “Budeskunun gedişi “Astra” üçün böyük itki olacaq. Çünki o, son illər komandanın lideri sayılırdı. Vacib oyunlarda vacib qollar vuraraq, “Astra”ya çox xeyir vermişdi. İstərdim ki, Budeskunun karyerasının bundan sonrakı hissəsi daha uğurlu alınsın”.  

 

Qeyd edək ki, “Qəbələ”nin heyətində cəmi 4 oyun keçirmiş Floresku karyerası ərzində 2 dəfə (2013, 2014-2015) “Astra”nın formasını geyinib.