Georgi Çixradze: Qalib də gələ bilərdik
12.05.2014 - 20:44
Georgi Çixradze: Qalib də gələ bilərdik

 

“Çox maraqlı oyun oldu. Heyətlə bağlı çatışmazlıqlarımız var idi”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib: “Son turdan sonra dörd müdafiəçimizin xidmətindən məhrum olmuşduq. Bütün müdafiə xəttini dəyişməli olduq. Oyuna bərbad başladıq. İki top buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Lakin futbolçular özünəinamı itirmədilər, həvəsdən düşmədilər, sona kimi mübarizə apardılar. Buna görə komandama təşəkkür edirəm. Fikrimcə, bu oyunda qalib də gələ bilərdik”.