Topaz Premyer Liqasının XXXVI turunun “Simurq”la Zaqataladakı oyununda itirilən 2 xal və əldən verilən bürünc medallar “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə pis təsir edib. Apasport.az saytının məlumatına görə, mütəxəssis qolsuz heç-heçədən sonra keçiriən mətbuat konfrasına gəlməyib.
Bununla da Hacıyev “Neftçi”nin İntizam Komitəsi tərəfindən cəzalandırılmasına əsas verib. Bakılıları 1000 manat cərimə gözləyir.
“Simurq”un baş məşqçisi Georgi Çixradze 1 xala üzüldüyünü bildirib: “Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda qalsa da, gərgin mübarizə oldu. Hər iki komandanın qol imkanları var idi, lakin imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara, azarkeşlərimizə təşəkür edirəm”.