Georgi İliyev: Bakıya da bunun üçün gedəcəyik
03.09.2014 - 11:12
Georgi İliyev: Bakıya da bunun üçün gedəcəyik

“Azərbaycana yaxşı əhval-ruhiyyə ilə getmək və qələbə qazanmaq istəyirik. Amma komandada bəzi zədəlilərin olması bizə problem yaradacaq”. Apasport.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında Bolqarıstan milli komandasının futbolçusu Georgi İliyev deyib.

 

AVRO-2015-nı seçmə mərhələsində sentyabrın 9-da Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq bolqarların 33 yaşlı yarımmüdafiəçisi çətin bir səfər matçı oynayacaqlarını bildirib: “Seçmə mərhələyə uğurla başlamaq fikrindəyik. Bakıya da bunun üçün gedəcəyik. Amma deyərdim ki, bizim üçün çox çətin  olacaq. Azərbaycan yığma komandası son illərdə yaxşı oyunu ilə seçilir”.