Gürcüstan klubu Qəbələyə yoxlama matçına gəlir
26.09.2014 - 16:39
Gürcüstan klubu Qəbələyə yoxlama matçına gəlir

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar olaraq yaranacaq fasilədə 2 yoxlama matçında gücünü sınamağı planlaşdırıb. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”ın ilk matçı oktyabrın 7 və ya 8-də olacaq.

 

Dorinel Muntyanunun yetirmələri ikinci yoxlama matçını oktyabrın 12-də keçirəcək. Komandanın rəqiblərindən biri əvəzedici komanda olacaq. İkinci rəqibin isə qonşu Gürcüstandan çağırılması gözlənilir. Bu variant alınmasa, “Qəbələ” gücünü I dəstə klublarımızdan biri ilə sınayacaq.

 

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının VII turunun son oyununda “Xəzər Lənkəran”la ev görüşünə çıxacaq. Bu qarşılaşma sentyabrın 28-i saat 19:00-da başlayacaq.