Güvənc Kurtar: 1 xal da yaxşı nəticədir
15.02.2014 - 18:33
“Oyuna yaxşı başladıq, yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar deyib.
Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la səfər oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Sumqayıt” yaxşı komandadır, rəqiblərinə çətinlik yaşadacaq gücdədir. Bizim üçün bir xal da yaxşı nəticədir. Hakimlər oyunu yaxşı idarə etdi. Hakimlikdən razı qaldım”.
Mənbə: pfl.az
0
0