Güvənc Kurtar: Artıq 10 nəfərlə oynamağa alışdıq
23.02.2014 - 16:16
“Qəbələ” Premyer Liqanın güclü komandalarından biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar deyib.
Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə səfər oyunundakı 0:0 hesablı heç-heçədən məmnun, hakimlikdən narazı qalıb: “İlk hissədə yaxşı oynadıq. Hissənin sonunda hakim rəqibi 100 faizlik penalti ilə cəzalandırmalı idi. Hakim də insandır, səhv edə bilər. Artıq 10 nəfərlə oynamağa alışdıq”.
Mənbə: pfl.az
0
0