Güvenc Kurtar: Bəxtimiz gətirmir
12.05.2014 - 21:02
Güvenc Kurtar: Bəxtimiz gətirmir

 

“Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar “Neftçi” ilə oyundan sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis son oyunlarda bəxtlərinin gətirmədiyindən şikayət edib: “Bu gün də elə oldu. Oyunda Orxan Lalayev zədələndi, bizim üçün çox ciddi itkidir. Zədəli futbolçularımızın sayı çoxdur. Bu oyunda Oke Akpoveta olsa idi daha yaxşı olardı, əsl ona görə oyun idi. İkinci hissənin sonlarına yaxın bir neçə qol imkanı əldə etdik. Sürətli futbolçuya ehtiyacımız var idi. Oke olsa idi mütləq qələbə qazana bilərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsində “Neftçi” üstün oynadı, bir neçə qol imkanı əldə etdi. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Ayaz qapıçını keçsə də, boş qapıya qolu vura bilmədi. Künc zərbəsindən sonra qapımızdan qol buraxdıq. “Neftçi”ni təbrik edirəm. Mübarizəmiz son turda da davam edəcək. “Bakı”nı səfərdə məğlub etmişdik. Bu dəfə öz meydanımızda qarşılaşacağıq. Heyətimizdə zədəli futbolçuların olması məni narahat edir. Qapıçımız da bu gün zədələndi. 14-15 futbolçumuz var, 11 nəfər tapsaq gələn tur oyuna çıxa bilərik. Kubok oyunlarına üstünlük vermişdik. Futbolda bir futbolçu çox şeyi dəyişə bilər. Heyətdə itkilərin olması oyunumuza təsir edir. İkinci hissədə oyunu qazana bilərdik. Hakimliyin səviyyəsini bəyənmədim. Bütün mübarizələrdə bizim əleyhimizə qərar verdi, bir neçə epizodda rəqibə sarı vərəqə göstərmədi”.