Rusiyanın məhşur məşqçisi, hazırda "Amkar" komandasını çalışdıran Hacı Hacıyev Bakı “İnter”inin hazırlıqlarına baş çəkin. Apaspoprt.az saytının məlumatına görə, vaxtilə Mahaçkalanın "Anji" klubunda paytaxt təmsilçisinin çalışdırıcısı Kaxaber Sxadadzenin baş məşqçisi olmuş rusiyalı mütəxəssis sabiq yetirməsinin komandasının məşqini izləyib.
O, təmsilçimizin Türkiyənin Antalya mahalında təlim-məşq toplanışı çərçivəsində keçirilən məşqlərini seyr edib. Təcrübəli çalışdırıcı eyni zamanda baş məşqçi Sxadadze ilə görüşüb.
Qeyd edək ki, “İnter” Antalyanın Belek bölgəsindəki "Kaya Palazzo Golf Resort" otelində məskunlaşıb.