Hames Rodrigesin başı bəlada
02.01.2016 - 11:28
“Real”ın yarımmüdafiəçisi Hames Rodrigesin başı bəladadı. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı oyunçu yol hərəkət qaydalarına əməl etməyib.
Hames “Audi” markalı avtomobili ilə klubun bazasına gedərkən yerli polisin “dur” əmrinə məhəl qoymayıb. Nəticədə polis onu qovub. Lakin ulduz futbolçu saatda 200 km. sürət yığaraq polisdən qaçmağı bacarıb və klubun bazasına daxil olub.
İndi 24 yaşlı futbolçunun böyük məbləğdə cərimələnməsi və bir müddət sürücülük hüququndan məhrum olması gözlənilir.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0