Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XX turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidir.
Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib.
Bu qarşılaşma I dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
|
tur |
tarix |
oyun |
tamaşaçı sayı |
|
20 |
09.02.2014 |
Xəzər Lənkəran - Neftçi |
11000 |
|
4 |
25.08.2013 |
Xəzər Lənkəran - Neftçi |
10000 |
|
11 |
27.10.2013 |
Xəzər Lənkəran - Qarabağ |
7500 |
|
6 |
14.09.2013 |
Xəzər Lənkəran - Bakı |
7100 |
|
2 |
11.08.2013 |
Xəzər Lənkəran - Simurq |
7000 |
Qeyd edək ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib.