Hamza Hamzaoğlundan 112 gün sonra bir ilk
22.01.2015 - 22:26
Hamza Hamzaoğlundan 112 gün sonra bir ilk

Bu gün Türkiyə kubokunun qrup mərhələsinin IV turunda təxirə salınan 1 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, doğma publika önündə “Diyarbəkir BB”ni qəbul edəcək “Qalatasaray” 112 gün sonra bir ilkə imza atacaq.

 

Belə ki, komandadakı zədəli futbolçuların çoxluq təşkil etməsi baş məşqçi Hamza Hamzaoğlunu çıxılmaz vəziyyətə qoyub. Təcrübəli çalışdırıcı Semih Kayanın yoxluğunu nəzərə alaraq, mərkəz müdafiəçi mövqeyində Felipe Melonun xidmətindən istifadə edəcək. Bundan maşqa, Hamzaoğlu arxa xətt oyunçusu Əmrə Can Coşkunu kənarda əyləşdirib, onun yerinə meydana Hakan Baltanı buraxacaq.

 

Braziliyalı yarımmüdafiəçi son olaraq, “Cim-Bom”un sabiq çalışdırıcısı Çezare Prandellinin vaxtında bu mövqedə çıxış edib. O, 1 oktyabr 2014-cü il tarixində ÇL-nin qrup mərhələsində “Arsenal”a qarşı matçda mərkəz müdafiəçi kimi forma geyinib.

 

Beləliklə, 112 gündən sonra Felipe Melo yenə komandasına arxa xətdə kömək edəcək.

 

Qeyd edək ki, “Qalatasaray” - “Diyarbəkir BB” matçı Bakı vaxtı ilə saat 22:30-d başlayacaq.