Azərbaycan millisi 2014-cü ili dünyanın 135-ci komandası kimi başa vurub. Apasport.az saytının məlumatına görə, ilin yekununda bu mövqedə qərarlaşması son 19 il üçün yığmamızın ən aşağı göstəricisidi.
Belə ki, 1994-cü ildən siyahıda yer alan komandamız sonuncu dəfə 1995-ci ili bu qədər
aşağı pillədə başa vurmuşdu. İlk iki ildə 15-ci “onluq”da (141-150-ci yerlər) qərarlaşan millimiz sonradan ən pis halda, 134-cü olmuşdu.
Həmin nəticə də Berti Foqtsun ölkəmizdə debüt etdiyi 2008-ci ilin sonuna təsadüf etmişdi. 6,5 il yığmamıza rəhbərlik edən almaniyalının istefasından sonrakı ilk yekun siyahıda isə daha aşağı pilləyə yuvarlanıb.
Komandamız ötənilki ilə müqayisədə 41 pillə geriləyib. 2013-cü ili 94-cü ildə tamamlayan yığmamız 135-ci yerə yuvarlanmaqla tarixinin daha bir antirekordunu müəyyənləşdirib.
Milli heç vaxt 1 ildə 41 pillə geriləməmişdi. Komandamız ən pis halda, 19 addım aşağı yuvarlanmışdı ki, buna da 2008-ci ildə təsadüf olunmuşdu. Onda yığmamız 115-ci yeri 134-cüyə dəyişmişdi.
Millimizin illər üzrə yekun siyahıdakı mövqeyi
|
1994 |
147 |
|
1995 |
141 |
|
1996 |
125 |
|
1997 |
123 |
|
1998 |
99 |
|
1999 |
97 |
|
2000 |
115 |
|
2001 |
113 |
|
2002 |
113 |
|
2003 |
119 |
|
2004 |
113 |
|
2005 |
114 |
|
2006 |
125 |
|
2007 |
115 |
|
2008 |
134 |
|
2009 |
114 |
|
2010 |
98 |
|
2011 |
112 |
|
2012 |
118 |
|
2013 |
94 |
|
2014 |
135 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı