Cari mövsüm ancaq 3 turda çıxış edə bilən və belindəki ağrılar səbəbindən Almaniyada cərrahiyə əməliyyatı olunan “Qalatasaray”ın futbolçusu Həmid Altıntop artıq komandasına kömək edə biləcək vəziyyətdədir. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, Baş məşqçi Roberto Mançini 31 yaşlı yarımmüdafiəçinin adını bu axşam “Antalyaspor”la keçiriləcək Türkiyə kuboku matçının iştirak ərizəsinə daxil edib. Həmidə start heyətdə şans verilməsə də, onun ikinci hissədə meydana çıxması gözlənilir.
Qeyd edək ki, “sarı-qırmızılar” Antalya təmsilçisi qarşısına aşağıdakı heyətlə çıxacaq:
Start heyət: Aykut Ərçətin, Emmanuel Ebue, Salih Dursun, Koray Günter, Əmrə Can Coşkun, Yekta Kurtuluş, Umut Gündoğan, Əmrə Çolak, Oğuzhan Kayar, Lukas Ontivero, Berk İsmail Ünsal.
Ehtiyat oyunçular: Eray İşcan, Quilyermo Burdisso, Ceyhun Gülselam, Həmid Altıntop, Veysəl Sarı, İzzət Hayroviç, Umut Bulut.