Həmyerlimiz 90 dəqiqə oynadı, komandası yenə məğlub oldu
24.03.2015 - 11:04
Həmyerlimiz 90 dəqiqə oynadı, komandası yenə məğlub oldu

Türkiyə PTT I liqasında XXV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun qapanış matçında həmyerlimiz Cəmşid Məhərrəmovun komandası “Adanaspor” meydana çıxıb.

 

Adana klubu çempionatın autsayderlərindən olan “Altınordu”nun qonağı olub. Cəmşid Məhərrəmovun 90 dəqiqə meydanda qaldığı qarşılaşmadan “Altınordu” 3:1 hesablı qalibiyyətlə ayrılıb.

 

Qeyd edək ki, bu nəticədən sonra aktivində 28 xal olan “Adanaspor” turnir cədvəlinin 14-cü pilləsinə yuvarlanıb.