"Necə olacağını bilmirəm"
19.10.2015 - 08:00
"Necə olacağını bilmirəm"

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qəbələ” ilə qarşılaşacaq Almaniyanın “Borussiya” klubunun futbolçusu Henrik Mxitaryanın Bakıdakı oyuna gəlməyəcəyi dəqiqləşsə də, hücumçunun özü bundan xəbərsizdi. Apasport.az saytının məlumatına görə, bunu erməni hücumçunun özü açıqlayıb.

 

O, Rusiya mətbuatına açıqlamasında məsələ ilə klubunun məşğul olduğunu deyib: “Azərbaycan səfəri və vizası ilə bağlı məsələnin necə olacağını bilmirəm. Pasportum da özümdə yox, klubdadı. Elə bunu da klub rəhbərliyindən soruşsanız daha yaxşı olar. Mən isə oyuna hazırlaşıram”.

 

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək.