[b]Höccət Hacıyev: Problemin səbəbini bilsəydik, çoxdan həll edərdik[/b]
04.12.2014 - 17:38
[b]Höccət Hacıyev: Problemin səbəbini bilsəydik, çoxdan həll edərdik[/b]

“Stadiona yeni toxum səpildiyi üçün komanda bir neçə oyununu Bakıda keçirməli olur. Bu vəziyyətin nə vaxt düzələcəyi isə hava şəraitindən asılıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev deyib.

 

O bildirib ki, komanda böyük ehtimalla “Qarabağ”ı Lənkəranda qəbul edəcək: “Çalışırıq ki, meydançanı “Qarabağ”la oyuna qədər hazır edək. Amma bu, təkcə bizdən asılı deyil. Hazırda soyuq, yağışlı havalar olur”.

 

“Xəzər Lənkəran”da analoji problem ilk dəfə deyil ki, yaranır. Komanda dəfələrlə məhz bu üzdən paytaxta köçməli olub. Bunun səbəbi ilə bağlı suala Höccət Hacıyevin cavabı belə olub: “Problemin səbəbini bilsəydik, çoxdan həll edərdik. Artıq mütəxəssislər dəvət etmişik. Onlar yəqin bu məsələni həll edərlər”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” noyabrın 24-də “Neftçi” ilə “Dalğa Arena”da qarşılaşmışdısa, dekabrın 7-də “Xəzər Lənkəran” - “Qəbələ” görüşü “Bayıl Arena”da oynanılacaq. Cənub təmsilçisi dekabrın 18-də çempionatın XVII turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.