Hollandiya - Argentina oyunu tarixə düşdü
10.07.2014 - 09:06
Hollandiya - Argentina oyunu tarixə düşdü

DÇ-2014-ün yarımfinalında baş tutan Hollandiya - Argentina oyunu mundialın tarixinə düşüb. Apasport.az xəbər verir ki, bu iki komanda arasında keçirilən qarşılaşmada qeydə alınan qolsuz heç-heçə dünya çempionatlarının yarımfinal mərhələsində ilk belə nəticə olub.

Belə ki, indiyədək keçirilən yarımfinal görüşlərinin hamısının əsas vaxtında ən az 1 qol vurulmuşdu.