Hollandiya millisində lider itkisi
28.05.2014 - 23:26
Hollandiya yığması dünya çempionatının başlamasına az vaxt qalmış itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın liderlərindən olan Rafael van der Vart zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.
“Hamburq”da çıxış edən futbolçu Portuqaliyada keçirilən məşq zamanı zədə alıb. Onun Braziliyaya getməyəcəyi dəqiqləşib.
31 yaşlı yarımmüdafiəçi Hollandiya millisinin heyətində 109 oyun keçirib. O, 2010-cu il dünya çempionatının gümüş mükafatçısıdır. Seçmə turnirdə 5 oyunda 5 qol vuran Rafael məhsuldarlığa görə ancaq Robin van Persidən geri qalıb.
0
0