Hollandiyalı müdafiəçi də “Mançester Yunayted”ə keçdi
01.09.2014 - 23:25
Daha öncə “Mançester Yunayted”ə gedəcəyi iddia edilən Deyli Blindin ingilis klubuna transferi reallaşıb. Apasport.az saytının məlumatına görə, “Ayaks” 24 yaşlı müdafiəçinin “qırmızı şeytanlar”a keçdiyini rəsmən təsdiq edib.
Radamel Falkaonu da heyətinə qatan ingilis klubu Blindi əldə etmək üçün Hollandiya təmsilçisinə 14 milyon avro verib.
Qeyd edək ki, Deyli Blind 63 yaşlı mütəxəssis Lui van Qaallın rəhbərliyi altında yenidən top qovacaq. O, DÇ-2014-də təcrübəli çalışdırıcı ilə birgə bürünc medal qazanıb.
0
0