Hollandiyanın qapıçısı karyerası ərzində penalti dəf edə bilməyib
10.07.2014 - 06:10
Hollandiya millisinin və “Ayaks”ın qapıçısı Yasper Silessen professional karyerası ərzində bir penaltini belə dəf edə bilməyib. Apasport.az saytının məlumatına görə, məhz bu səbəbdən baş məşqçi Lui van Qal Kosta-Rika ilə oyundakı penaltilər zamanı onu Tim Krulla əvəz edib.
Silessen milli çempionatda 8, Çempionlar Liqasında 3, dünya çempionatında isə 6 penalti zərbəsi ilə qarşılaşıb. Bu zərbələrin hamısı onun qoruduğu qapıdan keçib.
0
0