Hücumçumuz debüt matçında cəzalandı
14.09.2014 - 19:40
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun yeni transfer olunduğu “Saarbrükken” səfərdə "Mannheym"lə qarşılaşıb.
Görüş Rüfətin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb. Bu matçda debüt edən təmsilçimiz ilk sarı vərəqə ilə də cəzalanıb. Yığmamızın üzvü 72-ci dəqiqədə Patrik Zoundinin yerinə meydana daxil olub.
Qeyd edək ki, “Saarbrükken” 9 turdan sonra xallarının sayını 22-yə çıxarıb və turnir cədvəlində liderliyini davam etdirir.
0
0