Hüseynov Nazarova çatdı, çinli hücumçu hamını qabaqladı
08.07.2015 - 13:11
Hüseynov  Nazarova çatdı, çinli hücumçu hamını qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ilk yarısı üçün dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 6 ay ərzində baş tutan beynəlxalq matçlarda ən çox qol vuranların siyahısında müəyyən dəyişikliklər olub.

 

Çin millisində 5, “Şandun Lunenq” klubunda 6 dəfə fərqlənən Yanq XU liderliyə yüksəlib. Ümumilikdə 11 qol vuran asiyalı ən yazın izləyicilərindən 2 top öndədi.

 

BƏƏ millisində 4, bu ölkənin “Əl-Əhli” klubu ilə qitə miqyaslı turnirdə 5 qol vuran Əhməd Xəlil 2-ci pillədə qərarlaşıb. 9 qola imza atan braziliyalı Neymar yığmasında daha az – 2 dəfə fərqləndiyi üçün 3-cüdü. O, İspaniya “Barselona”sında 7 dəfə rəqib qapılarına yol tapıb.

 

Ən azı 6 qol vuranların siyahısında 26 oyunçu yer alıb. Avropalılar arasında ən yaxşı nəticə Kriştianu Ronaldoya məxsusdu. Portuqaliya millisində 3 qol vuran hücumçu İspaniya “Real”ında 5 dəfə fərqlənib.

 

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə millidə 2 qol vuran Dmitri Nazarov imza atıb. Düzdü, Cavid Hüseynovun da hesabında artıq 2 qolu var. Lakin yığmada da 1 dəfə fərqlənən yarımmüdafiəçi “Qəbələ”dəki avrokubok qolunu iyulda – cədvələ daxil edilməyən dövrdə rəqib qapısından keçirib.