“Komandamızdakı problem maddiyyatla bağlıdı. 3 aydı maaşımızı ala bilmirik, artıq 4-cü aya keçib. Elə hər dəfə deyirlər ki, bu həftə yaxşı olacaq, pullar veriləcək, amma hələ bir şey yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Lokomotiv” klubunun futbolçusu Nihad Ələsgərov deyib.
Azərbaycan çempionatının I divizionda mübarizə aparan “Lokomotiv” XIV tur çərçivəsində “Ağsu” ilə matçı sonacan davam etdirə bilməyib. Komanda görüşün ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxıb. Qarşılaşmanın gedişində paytaxt təmsilçisinin üzvlərindən biri zədələnib. Bununla, yetərsay təmin olunmadığından, oyun davam etdirilməyib. Nəticədə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Komandanın aparıcı üzvlərindən olan Ələsgərovun sözlərinə görə, Ağsuya gedənlər əsas futbolçular olmayıb: “Baş məşqçimiz Novruz Əzimovun xətrini çox istəyirəm. Ona görə, uşaqlar yığışıb, oyunlara çıxırdıq. Amma maddi vəziyyət düzəlmək bilmir. Ağsuya əsas heyətin üzvləri getməmişdi. Məni “Qarabağ”dan çağıranda dedilər ki, gəl, yaxşı olacaq. Lakin vəziyyət düzələnə oxşamır”.
Nihad maaşlarını almayacaqları halda, növbəti oyuna da çıxmayacaqlarını deyib: “Maaşlar verilməsə, komanda heç bir oyuna çıxmayacaq. Əgər maddi vəziyyət düzəlsə, problem qalmaz”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı