I Divizionda XIII tura 4 qollu start
08.12.2015 - 16:44
Futbol üzrə Azərbaycan I Divizionunda XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış matçında paytaxt klubları üz-üzə gəliblər.
Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Bakılı” ilə “Bakı” qarşılaşıblar ki, oyundan birincilər qalib ayrılıblar. Bu qələbə sayəsində “zolaqlılar”la xallarının sayını (20) bərabərləşdirən “Bakılı” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
“Bakılı” - “Bakı” - 3:1
Qollar: Ramil Həşimzadə, 32, 44; Ülvi Quliyev, 45+1 - Valeh Seyidov, 65
0
0