İbrahim Şehiç: İstədiyimiz kimi bir qarşılaşma olacağına inanıram
29.09.2014 - 15:42
İbrahim Şehiç: İstədiyimiz kimi bir qarşılaşma olacağına inanıram

“Hamı İtalyan komandalarının gücünə bələddir. Bizi çətin bir oyun gözləyir”. Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

UEFA-nın rəsmi saytına danışan bosniya və herseqovinalı çərçivə qoruyucusu Avroliqanın qrup mərhələsinin ikinci oyununda üz-üzə gələcəkləri İtaliyanın “İnter” klubu ilə matç haqqında fikirlərini bildirib: “Gəlin, oyunu gözləyək. Hər kəsə zövq verəcək bir qarşılaşma olacağına ümid edək. Qrupdakı bütün komandaların gücü hamıya bəllidir. “İnter”in necə komanda olduğunu da hər kəs bilir. Bizim istədiyimiz kimi bir qarşılaşma olacağına inanıram”.

 

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 2-də Milan şəhərindəki “Cüzeppe Meatsa” stadionunda keçiriləcək.