İbrahim Uzunca: Hakimlər diqqətli olsunlar
28.02.2015 - 23:14
İbrahim Uzunca: Hakimlər diqqətli olsunlar

“Oyuna biz hakimlik edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Türkiyəyəli çalışdırıcı Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"a minimal hesabla uduzmalarına şərh verib: “Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da,  məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odur ki, hakimlər diqqətli olsunlar, təkcə  bizim oyunlarda yox, bütün oyunlarda”. (pfl)