İbrahimoviç: “Çelsi” favoritdir, amma qorxmaq lazım deyil
02.04.2014 - 01:11
İbrahimoviç: “Çelsi” favoritdir, amma qorxmaq lazım deyil

 

Fransanın “Pari Sen-Jermen” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında “Çelsi”yə qarşı oyun barəsində danışıb. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu London klubunu oyunun favoriti hesab edir.

 

İbrahimoviç hesab edir ki, qarşıdakı oyun Paris klubu üçün əsl sınaq olacaq: “Düşünürəm ki, “Çelsi” qarşıdurmanın favoritidir. Bizi çox möhtəşəm komandaya qarşı oyun gözləyir, amma qorxmaq lazım deyil. Hazırda PSJ “Çelsi”nin 9 il əvvəlki vəziyyətindədir. Bizdə artıq Çempionlar Liqasında qalib gələn bir çox yüksək dərəcəli futbolçular oynayır”.