Fransanın “Pari Sen-Jermen” futbol klubunun hücumçusu Zlatan İbrahimoviçin zədəsi gözlənildiyindən də ağırdır. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu ən azı 4 həftə yaşıl meydana çıxmayacaq.
Xatırladaq ki, İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi”yə qarşı oyunda zədələnib. Hücumçu nəinki aprelin 8-də keçiriləcək cavab görüşündə, eləcə də fransızların növbəti mərhələyə keçdiyi halda yarımfinal matçında da iştirak edə bilməyəcək.
Zlatan İbrahimoviç bü mövsüm Fransa çempionatı və Çempionlar Liqasında keçirdiyi 38 oyunda 35 qol vurub və 13 məhsuldar ötürmə edib.