İbrahimoviç dubl etdi, İsveç millisinin tarixinə düşdü
05.09.2014 - 00:13
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç formasını geyindiyi İsveç millisinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Estoniya ilə yoldaşlıq görüşündə dubl edən futbolçu ölkəsində ən çox qol vuran futbolçu ünvanına sahib olub.
Qarşılaşmanın 3 və 24-cü dəqiqələrində fərqlənən forvard qollarının sayını 50-yə çatdırıb. Bununla da İbrahimoviç 1923-1932-ci illər ərzində vurduğu 49 qolla siyahıya başçılıq edən Sven Ryudeli geridə qoyub.
Qeyd edək ki, İsveç - Estoniya oyunu 2:0 hesablı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.
0
0