İbrahimoviç Fransa çempionatının ən yaxşı futbolçusudur
13.05.2014 - 02:41
İbrahimoviç Fransa çempionatının ən yaxşı futbolçusudur

 

“Pari Sen-Jermen” klubunun hücumçusu Zlatan İbrahimoviç Fransa çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu artıq ikinci ildir dalbadal mütəxəssislər tərəfindən ən yaxşı futbolçu hesab edilir.

 

Qərarı Fransa professional futbolçular Milli Birliyi açıqlayıb. İbrahimoviçin əsas rəqibləri komanda yoldaşları Tyaqo Mota və Tyaqo Silva, eləcə də “Monako”nun futbolçusu Ceyms Rodriqes olub.

 

Zlatan İbrahimoviç bu mövsüm 32 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.