İdman Araşdırmalar Mərkəzi 2 yaşının tamamlandığı günlərdə yeni layihəsi ilə oxucuların görüşünə gəlib. Apasport.az-ın məlumatına görə, bu, yeni fəaliyyətə başlamış sportnet.az idman portalıdır.
Saytda müntəzəm xəbərlər, müsahibələrlə yanaşı, eksklüziv layihələr də təqdim etməyi nəzərdə tutub. Bir neçə gün test rejimi ilə fəaliyyətinin ardından sportnet.az tam qüvvə ilə fəaliyyətinə start verib. İlk rəsmi iş günü isə yeni yaranmış saytın əməkdaşı Ceyhun Əliyevin KİV təmsilçiləri arasında Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi şahmat turnirində qalibiyyəti ilə əlamətdar olub.