Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 4 qalibinin növbəti raunda yüksəlməsi ilə 17 cütün tərkibi bəlli olub.
“Kruzaders”, TNS, “Linkoln” və “Pünik” gələn həftə start götürəcək mərhələnin iştirakçıları sırasına qatılıb. Beləliklə, burada mübarizə aparacaq 34 komanda müəyyənləşib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
(14-15 iyul və 21-22 iyul)
“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail)
APOEL (Kipr) - “Vardar” (Makedoniya)
“QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro)
“Sarayevo” (Bosniya və Herseqovina) - “Lex” (Polşa)
“Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan)
BATE (Belarus) - “Dandalk” (İrlandiya)
HİK (Finladniya) - “Ventspils” (Latviya)
“Midtulland” (Danimarka) - “Linkoln” (Cəbəllütariq)
“Molde” (Norveç) - “Pünik” (Ermənistan)
“Malmö” (İsveç) - “Jalgiris” (Litva)
“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya)
Trençin” (Slovakiya) - “Sryaua” (Rumıniya)
“Partizan” (Serbiya) - “Dila” (Gürcüstan)
“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova)
“Fola” (Lüksemburq) - “Dinamo” (Xorvatiya)
“Skenderbeu” (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya)
TNS (Uels) - “Videoton” (Macarıstan)