İki darmadağın, 1 qələbə
29.07.2014 - 13:39
İki darmadağın, 1 qələbə

Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək “Qarabağ” tarixində 3-cü dəfə avrokubok matçını iyulun 30-da keçirəcək. Apasport.az saytının məlumatına görə, 1997-ci ildə öz meydanında Çexiya “Yablonets”i qarşısında aciz qalan (0:3) ağdamlılar 12 il sonra bu tarixdə qələbə də qazanıb.

 

2009-cu ildə təmsilçimiz Finlandiyada “Honka”nı 1 qolla üstələyib. Azərbaycan komandaları iyulun 30-da daha bir avrokubok matçı keçirib. 1997-ci ildə “Yablonets”in Bakıda coşduğu vaxtda “Neftçi” Polşada “Vidzev”in gücünə şahid olub – 0:8.