Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, buna XVIII turun Zaqatalada keçirilən “Simurq” – “Bakı” oyununda 7 qolun vurulması səbəb olub.
Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə bu qədər qolun vurulması cari mövsüm üçün ən yüksək göstəricidi. Bunadək yalnız sentyabrın 19-da baş tutan “İnter” – “Bakı” görüşündə bu qədər qol qeydə alınmışdı. V turun qarşılaşmasında meydan sahibləri 7:0 hesabı ilə qalib gəmişdi. Bu məhsuldarlıq 92 gündən sonra təkrarlandı.
Qeyd edək ki, milli çempionatlar tarixinin ən məhsuldar oyununda 16 qol vurulub. 1996-cı il noyabrın 23-də baş tutan matçda “Kəpəz” “Şəmkir”ə qalib gəlib – 14:2.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı