İlin ən yaxşısı olmağa 5 namizəd
06.12.2014 - 12:57
İlin ən yaxşısı olmağa 5 namizəd

İngiltərədə 2014-cü ilin ən yaxşı yerli futbolçusu adına namizədlər bəllidi. Apasport.az saytının məlumatına görə, bu ada 5 oyunçu namizəddi.

 

Bunlar “Mançester Siti”nin qapıçısı Co Hart, “Everton”un müdafiəçisi Fil Jagielka, “Arsenal”ın dayaq yarımmüdafiəçisi Oksleyd-Çamberlayn, “Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Cordan Henderson və “Mançester Yunayted”in hücumçusu Ueyn Runidi.

 

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası 2003-cü ildən bəri hər il ən yaxşı futbolçu ilə bağlı səsvermə keçirir. Bu mükafatın ilk qalibi isə Devid Bekhem olub.