İlin məşqçisi adına namizədlər açıqlandı
30.11.2015 - 18:19
2015-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həm kişi, həm qadın məşqçilər arasında ən yaxşı adına 3 iddiaçı qalıb.
Pep Quardiola (“Bavariya”), Luis Enrike (“Barselona”) və Xorxe Sampaoli (Çili millisi) ilin məşqçisi adına iddia edir.
Qadın məşqçilər arasında ən yaxşı “üçlük”də Jill Ellis (ABŞ millisi), Mark Sampson (İngiltərə millisi) və Norio Sasaki (Yaponiya millisi) yer alıblar.
Qeyd edək ki, ən yaxşı kişi və qadın məşqçilərin adı 2016-cı il yanvarın 11-də İsveçrənin Sürix şəhərində açıqlanacaq.
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0