İlk dəfə millinin formasını geyindi, hərbi xidmətə yola düşdü - FOTO
13.10.2014 - 20:12
İlk dəfə millinin formasını geyindi, hərbi xidmətə yola düşdü - FOTO

Estoniya milli komandasının müdafiəçisi Artur Pikk vətənə olan borcunu yerinə yetirir. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu AVRO-2016-nın seçmə mərhələsinin İngiltərə ilə oyundan dərhal sonra hərbi xidmətə yola düşüb.

 

İlk dəfə əsas millinin şərəfini qoruyan Artur komandasının 0:1 hesabı ilə uduzduğu matçın ardından Tallin şəhərindəki hərbi hissələrinin birində xidmət edəcək.

 

Qeyd edək ki, İngiltərə yığmasının 1:0 hesabı ilə qələbə qazandığı matçda yeganə qola 74-cü dəqiqədə Uen Runi imza atıb. Sol cinah müdafiəçisi Artur Pikk isə meydana start heyətdə daxil olub və 90 dəqiqə mübarizə aparıb.

0