Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan gələcək karyerası ilə bağlı yekun qərara gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi klubunu dəyişməyi məqsədəuyğun bilib.
Almaniya yığmasının üzvü bununla bağlı klub rəhbərliyini də artıq məlumatlandırıb. Türkiyə əsilli futbolçu yeni müqavilə təklifini qəbul etməyib və mövsümün sonunda komandasını dəyişmək fikrində olduğunu söyləyib.
Dortmund təmsilçisi də yayda onu satmaq məcburiyyətində qalacağını artıq dərk edir. Əks təqdirdə, futbolçu daha bir il qalıb, başqa kluba pulsuz keçəcək. Almanlar İlkayın transfer qiymətinin 30 milyon avro olduğunu bəyan ediblər.
Qeyd edək ki, İlkay Gündoğan “Bavariya” və “Liverpul”un maraq dairəsindədi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”