İmamverdiyev oynadı, Şükürov izlədi
15.09.2014 - 00:10
İmamverdiyev oynadı, Şükürov izlədi

Ötən gün Türkiyə PTT I Liqasında II turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

 

Belə ki, 17-ci pillədə qərarlaşan, Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor” evdə millimizin müdafiəçisi Mahir Şükürovun heyətində çıxış etdiyi “Karşıyaka”nı qəbul edib. Görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

 

Bu matçda İmamverdiyev meydana start heyətdə daxil olub və 79-cu dəqiqədə Qəhrəmanla əvəzlənib. Caviddən fərqli olaraq Mahir oyunu ehtiyat oyunçular skamiyasından izləyib. Baş məşqçi Mustafa Ati Göksü Şükürova 90 dəqiqə ərzində şans verməyib.

 

Qeyd edək ki, ötən tur doğma meydanda “Antalyaspor”la (1:1) görüşdə Mahir meydana ilk “11-lik”də daxil olub və müdafiəçimiz 45-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılmışdı.