İndzaqi “Milan”ı çalışdırmağa başlayıb
29.05.2014 - 20:49
Filippo İndzaqi artıq “Milan”ı çalışdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, hələlik 40 yaşlı mütəxəssislə müqavilə imzalanmasa da, razılaşmanın 2017-ci ilə qədər qüvvədə olacağı bildirilir.
İndzaqiyə baş məşqçi postunda Mauro Tasotti kömək edəcək. Hazırda “Milan” Klarens Zeedorfun baş məşqçi postundan uzaqlaşdırılması ilə bağlı hüquqi məsələləri həll edir.
Qeyd edək ki, “Milan” bu mövsüm turnir cədvəlində səkkizinci yeri tutub və 1998-ci ildən bu yana ilk dəfə avrokuboklara düşə bilməyib.
0
0