İngilis klubu “Real”dan futbolçu alır
21.02.2014 - 03:57
İngilis klubu “Real”dan futbolçu alır

“Real”ın təcrübəli müdafiəçisi Fabio Koentrao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə, Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

 

İngilislər bu keçidi həll etmək üçün artıq Madrid klubuna təklif də göndərib. Əgər danışıqlar müsbət nəticələnərsə, Koentrao mövsüm sonu “Tottenhem”ə keçə bilər.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2011-ci ildən “Real”da çıxış edir.