İngilis klubu antirekorda imza atdı
10.01.2015 - 22:05
İngilis klubu antirekorda imza atdı

KPR İngiltərə Premyer Liqasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, XXI turda “Bernli”yə 2:1 hesabı ilə uduzan London klubu 50 il il ərzində ölkə çempionatının ən yüksək liqasında 10 səfər matçında məğlub olan tək komanda olub.

 

Sonuncu dəfə bu antirekorda 1964/65 mövsümündə “Sanderlend” imza atıb.

 

Qeyd edək ki, Harri Rednappın yetirmələri 21 oyundan sonra 19 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.