İngilis klubu Arda Turan üçün “Atletiko” ilə razılığa gəldi
17.02.2014 - 20:50
“Atletiko”nun türkiyəli futbolçusu Arda Turan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az İspaniya KİV-nə istinadən xəbər verir ki, “Liverpul” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çox yaxındır.
Mətbuatda yazılanlara görə, ingilis klubu artıq bu barədə madridlilərlə ilkin razılığa gəlib. Əgər Arda ilə də razılıq əldə olunarsa, o, mövsüm sonu 30 milyon avro qarşılığında “qırmızılar”ın formasını geyəcək.
Qeyd edək ki, 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya transfer olunan təcrübəli futbolçunun ispan klubu ilə 2017-ci ilə qədər müqaviləsi var.
0
0