İngilis klubu baş məşqçisi ilə yolları ayırdı
05.02.2014 - 02:15
“Suonsi” baş məşqçisi Mikael Laudrupla yolları ayırıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Cari mövsüm uğursuz nəticələrlə yadda qalan İngiltərə təmsilçisi danimarkalı mütəxəssisi göndərməklə bu problemi həll etmək fikrindədir.
Qeyd edək ki, Laudrup 2012-ci ildən “Suonsi”ni çalışdırır. Komanda hazırda Premyer Liqada 24 turdan sonra 24 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır.
0
0