İngilis klubu ispaniyalı müdafiəçi ilə müqavilə bağladı
08.02.2014 - 03:57
“Valensiya”nın mərkəz müdafiəçisi Kala (Xuan Tottes Ruis) karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, “Kardiff Siti” 24 yaşlı futbolçunu heyətinə qatıb.
Belə ki, ingilis klubu ispan futbolçu ilə 2.5 illik müqavilə bağlayıb. Təcrübəli futbolçu yeni komandasında 27 nömrəli formanı geyəcək.
Qeyd edək ki, “Sevilya” futbol klubunun yetirməsi olan Kala İspaniya təmsilçisində ümumilikdə 24 oyun keçirib.
0
0